Əbu-Dabidə keçirilən Ümumdünya dəmiryol nəqliyyatı infrastruktur sərgisi və konfransı çərçivəsində ER ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei ilə görüşüb. Bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Görüş zamanı enerji sektoru ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
O cümlədən, BƏƏ nazirinə Ermənistanda günəş enerjisinin inkişaf tendensiyaları təqdim olunub və BƏƏ-nin günəş enerjisinin yığılması üzrə aparıcı təcrübəsi müzakirə olunub.
Su sektorunda mümkün əməkdaşlıqla bağlı məsələlər də müzakirə olunub.