Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Ukraynanın xarici işlər naziri Andrey Sibiha ilə görüşüb. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ararat Mirzoyan və Andriy Sibiha Ermənistan və Ukrayna arasında əməkdaşlığın inkişaf etdirilməsi və ikitərəfli gündəliyin genişləndirilməsi imkanlarını müzakirə ediblər
Nazir Mirzoyan Cənubi Qafqazda baş verən son hadisələri, xüsusilə avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaları təqdim edib.Ukraynada sülhün bərqərar olmasının vacibliyi vurğulanıb. Mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.