Ermənistan xarici işlər naziri Ararat Mirzoyan NATO baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb. Görüş Varşava Təhlükəsizlik Forumu çərçivəsində baş tutub. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər Ermənistan və NATO arasında tərəfdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edərək, daha iddialı gündəliyin formalaşdırılmasında maraqlı olduqlarını vurğulayıblar.
NATO-ya üzv ölkələrin səfirlərinin Yerevana son səfəri, eləcə də Ermənistanın NATO-nun sülhməramlı missiyalarında iştirakı məmnunluqla qeyd olunub.
Regional hadisələrə toxunan həmsöhbətlər sülhün bərqərar olması və “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” kommunikasiya proqramının həyata keçirilməsində Vaşinqton razılaşmalarının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.