Baş nazir Nikol Paşinyan NATO Parlament Assambleyasının prezidenti Markos Perestellonu qəbul edib.
Baş nazir Paşinyan Yerevanda NATO Parlament Assambleyasının 108-ci Rose-Roth Seminarının keçirilməsini alqışlayıb və NATO ilə əlaqələrin, o cümlədən sülhməramlı missiyalarda və demokratik təsisatların gücləndirilməsinə yönəlmiş proqramlarda iştirakın vacibliyini vurğulayıb.
Markos Perestrello seminarın yüksək səviyyədə keçirilməsinə görə minnətdarlığını bildirib və NATO Parlament Assambleyası çərçivəsində erməni tərəfdaşlarla qarşılıqlı fəaliyyətə toxunub.
Görüş zamanı regionda sülhün və sabitliyin təmin edilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.