ER Parlamentinin spikeri Alen Simonyan Bişkekdə Qırğızıstanın baş naziri Adilbek Kasıməliyevlə görüşüb.
Ermənistanla Qırğızıstan arasında əlaqələrin inkişafının hər iki ölkə üçün vacibliyini vurğulayan tərəflər hələ istifadə olunmamış potensialın olduğunu qeyd edərək, bu istiqamətdə konkret addımların atılmasının vacibliyini bildiriblər.
Müzakirələrdə həm siyasi, həm də iqtisadi əməkdaşlıqla bağlı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkə arasında ticarət dövriyyəsi və turizmlə bağlı məsələlərə xüsusi önəm verilib.