Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Dövlət Başçıları Şurasının Tyanjin Bəyannaməsinə uyğun olaraq İnkişaf Bankının yaradılması barədə qərar qəbul ediblər.
ŞƏT iştirakçıları həmçinin beynəlxalq maliyyə arxitekturasının islahatını dəstəkləyiblər ki, bu da inkişaf etməkdə olan ölkələrin beynəlxalq maliyyə institutlarının, o cümlədən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Valyuta Fondunun idarəetmə orqanlarında təmsilçiliyini və rolunu artırmaqdır.
Bundan əlavə, bəyannamədə maraqlı üzv dövlətlər tərəfindən qarşılıqlı hesablaşmalarda milli valyutaların payının mərhələli şəkildə artırılması üçün yol xəritəsinin daha da həyata keçirilməsinin vacibliyi vurğulanıb.