Fransanın Ermənistan Respublikasındakı səfiri Olivier Dlkotni Geğarkunik bölgəsində bir sıra yaşayış məntəqələrində olub və “Sevan Startup Summit 2025”də iştirak edib.
Bu barədə Dıkotni X mikrobloqunda yazıb.
Fransa səfiri başqa bir yazısında Xaçağbyur icmasına baş çəkdiyini bildirib.
"Fransa İmmiqrasiya və İnteqrasiya İdarəsindən (OFII) könüllü qayıdış yardımı alan Qeqarkunikin Xaçağbyur kəndində yaşayan erməni miqrantlarla birlikdəyik. Onlar Fransa İmmiqrasiya və İnteqrasiya İdarəsinin (OFII) dəstəyi ilə Ermənistana qayıdıb və kənddə iqtisadi fəaliyyətlə məşğul olublar", - səfir qeyd edib.