Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryan Almaniya Federativ Respublikasının xarici işlər üzrə dövlət naziri Günter Krixbaumla görüşüb.
“Ermənistan-Almaniya ikitərəfli əməkdaşlığının inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Həmsöhbətlər cari geosiyasi proseslərə toxunub, Cənubi Qafqazda regional proseslər, sülhməramlı proseslər, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətləri ətrafında fikir mübadiləsi aparıblar.
Səfir Yengibaryan dövlət naziri Krixbaumu Ermənistana səfərə dəvət edib”, - səfirin yaydığı yazıfa deyilir.