Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinlə görüşüm olub. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yazıb.
Bundan əvvəl Nikol Paşinyan və xanımı Anna Akopyanın Rusiya Federasiyasının Altay Respublikasına iki günlük işgüzar səfəri ilə bağlı xəbər vermişdik.
Baş nazir Paşinyanı hava limanında Altay Respublikasının başçısı Andrey Turçak, Altay Respublikasının baş naziri Aleksandr Prokopyev və Qornı Altayın meri Olqa Safronova qarşılayıblar.
Səfər çərçivəsində baş nazir Paşinyanın Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinlə ikitərəfli görüşü olacaq.