İyulun 11-də müdafiə naziri Suren Papikyan ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kvini və yeni təyin olunmuş müdafiə attaşesi polkovnik Metyu Krounu qəbul edib. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
ER Müdafiə naziri Papikyan polkovnik Metyu Krounu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona səmərəli fəaliyyət arzulayıb.
Görüş zamanı Ermənistan Respublikası ilə ABŞ arasında müdafiə sektorunda əməkdaşlığın prosesi və inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub. Əməkdaşlığın hazırkı səviyyəsi hər iki tərəf tərəfindən yüksək qiymətləndirilib. Amerika tərəfi Ermənistanda həyata keçirilən müdafiə islahatlarını dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.
Regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər də müzakirə edilib.