ABŞ Dövlət Departamentinin sözçüsü Temi Bryus iyulun 8-də keçirdiyi mətbuat konfransında dövlət katibi Marko Rubionun Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair bəyanatına münasibət bildirib.
"İştirak etdiyimiz bir çox razılaşmalardan, atəşkəslərdən və dəyişikliklərdən məmnunuq. Dövlət katibinin bunu deməyə əsası var idi və biz daha ətraflı məlumat alanda onları sizə təqdim edəcəyəm", - Bryus deyib.
O, beləliklə, ABŞ-ın Ermənistanla Azərbaycan arasında gedən proseslərdə fəal iştirak edib-etməməsi və ABŞ dövlət katibini bu proseslərdə müsbət nəticənin olacağına inandıran suala cavab verib.
Temi Bryus dövlət katibinin bu bəyanatı verməsinin vacib olduğunu vurğulayıb.