ER xarici işlər naziri Ararat Mirzoyan İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və diaspor naziri Ayman Əl-Səfədi ilə telefon danışığı aparıb.
Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələlərini müzakirə edib, gündəlikdəki təşəbbüslərə və planlaşdırılan yüksək səviyyəli təmaslara toxunublar. Qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən işgüzar əlaqələr, insanlar arasında təmaslar, turizmin təşviqi yolu ilə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.
Ararat Mirzoyan və Ayman Əl-Səfadi regional təhlükəsizlik vəziyyəti və yaranmış humanitar problemlər ətrafında fikir mübadiləsi aparıblar. Sülhün bərqərar olması istiqamətində atılan addımlara, bu yolda çətinliklərə və onların aradan qaldırılması üçün göstərilən səylərə toxunublar.