Ermənistan Xarici İşlər Nazirliyi Karnegi Fondunun ABŞ prezidenti Donald Tramp administrasiyasının Cənubi Qafqazda infrastrukturun blokunun açılması ilə bağlı Ermənistan və Azərbaycana təkliflər təqdim etməsi ilə bağlı dərc etdiyi məlumata toxunub.
ER XİN-in mətbuat katibi Ani Badalyan “Armenpress”in mövzu ilə bağlı sorğusunu cavablandırıb.
"Cənubi Qafqazda nəqliyyat infrastrukturunun açılması ER üçün mühüm prioritet olub və belə də qalır. Məlum olduğu kimi, Ermənistan Respublikası regional əlaqə ilə bağlı "Sülhün kəsişməsi" vizyonunu təklif edib və bu, artıq bir sıra beynəlxalq tərəfdaşlardan müsbət cavab alıb. Bundan başqa, Ermənistan bu təşəbbüsə uyğun olaraq bütün tərəflərə məqbul ola biləcək bir sıra həll yolları təklif edib.
Eyni zamanda, müxtəlif beynəlxalq tərəfdaşlar da vaxtaşırı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən iki ölkə arasında nəqliyyat infrastrukturunun blokdan çıxarılması ilə bağlı öz ideyalarını təqdim edirlər. Regionun kəsişmə potensialını reallaşdıran faydalı nəticələr əldə etmək üçün bütün maraqlı tərəfdaşlarla müzakirələr davam etdirilir”, - deyə cavabda bildirilir.