İyulun 2-də ER müdafiə naziri Suren Papikyan Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinhanı qəbul edib. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər Ermənistan-Hindistan müdafiə əməkdaşlığı, o cümlədən regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.