İyunun 24-də Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan Ermənistan-Aİ vizasının liberallaşdırılması üzrə dialoq çərçivəsində Ermənistana gələn Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğunun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Pavel Busiakeviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı tərəflər viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planının hazırlanması, eləcə də Aİ ilə viza sahəsində əməkdaşlığın əhatə dairəsi ilə bağlı məsələləri müzakirə ediblər.