Türkiyədə Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında görüş nəzərdə tutulmur.. Bu barədə “Lurer”ə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.
Xatırladaq ki, iyunun 20-də Ərdoğanın dəvəti ilə Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə yola düşəcək. Baş nazir qeyd edib ki, səfərin gündəliyi ilə bağlı birgə bəyanat olacaq.
Daha əvvəl ER Parlamentinin sədri Alen Simonyan vurğulamışdı ki, baş nazirin Türkiyəyə səfəri tarixidir, çünki Ermənistan lideri ilk dəfədir ki, belə səviyyəli səfər edəcək.