Aİ-nin Ermənistan Respublikasındakı səfiri Vasilis Maraqos və üzv ölkələrin səfirləri Syunikdə səfərdədir. Bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Səfər zamanı onlar regional və yerli hakimiyyət orqanlarının nümayəndələri və tərəfdaşlarla görüşəcək, müxtəlif tədbirlərdə iştirak edəcək və yerli gənclərlə ünsiyyətdə olacaqlar.