Sionist rejimin İrana qarşı həyata keçirdiyi təcavüz bu rejimin son 8 onillikdə həyata keçirdiyi qanun pozuntularının davamıdır. Bu rejim beynəlxalq hüquq və normaları, habelə BMT Nizamnaməsini, o cümlədən humanitar hüquq və insan haqlarını ən böyük pozanı olub.
Bunu İranın səfiri Mehdi Sobhani dəvət olunmuş mətbuat konfransında İran-İsrail münaqişəsinə toxunaraq deyib.
"Sionist rejimin İrana qarşı həyata keçirdiyi qeyri-qanuni silahlı hücum bütün BMT sisteminə hücumdur və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdiddir. Təhlükəsizlik Şurası təcavüzü dayandırmaq üçün bu məsələyə müdaxilə etmək məcburiyyətindədir.
Sionist rejimin hərəkəti BMT Nizamnaməsinin 4-cü maddəsinin 2-ci bəndində təsbit olunmuş gücdən istifadənin qadağan edilməsi prinsipinin açıq şəkildə pozulmasıdır. Nizamnamənin 51-ci maddəsinə əsasən, İran İslam Respublikası özünümüdafiə hüququna malikdir və bu hüquq ayrılmazdır",- səfir deyib.