“Aralıq dənizi Raisina” konfransı çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşüb.
Mart ayında Dehlidə keçirilən görüşün davamında tərəflər ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş işləri müzakirə ediblər.
“Ölkələrimiz arasında yaranan strateji dialoq və sıx əməkdaşlıq bizim Ermənistan və Hindistan arasında tərəfdaşlığa verdiyimiz əhəmiyyətin sübutudur və bunun bir çox səbəbləri var”, - Mirzoyan vurğulayıb.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.
Ararat Mirzoyan və Subrahmanyam Caişankar regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.