ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinn bildirib ki, Ermənistan Atom Elektrik Stansiyasının təhlükəsiz istismarını təmin edəcək 3,4 milyon dollar dəyərində ən müasir təlim qurğusunun işə salınmasında iştirak etməkdən məmnunam.
"ABŞ Energetika Nazirliyi ilə Ermənistan Atom Elektrik Stansiyası arasında əməkdaşlıq nəticəsində biz ən son Amerika texnologiyalarının şahidi oluruq, bu da ABŞ və Ermənistan arasında nüvə enerjisi sahəsində 25 ildən artıq əməkdaşlığın növbəti nailiyyətidir", - o qeyd edib.