İran, Tehranın nüvə proqramı ilə bağlı razılaşma çərçivəsində İrana qarşı sanksiyaların ləğvi ilə bağlı ABŞ-dan heç bir açıqlama almayıb.
Bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi mətbuat konfransında bildirib.
"Biz əmin olmalıyıq ki, İran xalqına qarşı tətbiq edilən sərt sanksiyalar həqiqətən də iqtisadiyyat, bank və ticarət sektorlarında aradan qaldırılacaq. Keçmişin mənfi təcrübəsi təkrarlanmamalıdır", - diplomat vurğulayıb.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolin Levitt bildirmişdi ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff İran hakimiyyətinə nüvə proqramı ilə bağlı ətraflı və Vaşinqtonun fikrincə məqbul təklif göndərib.