ABŞ prezidenti Donald Tramp İsraili ABŞ administrasiyasının İranın nüvə sazişi ilə bağlı vəziyyəti həll etmək səylərinə xələl gətirə biləcək hər hansı addımdan çəkinməyə çağırıb.
"Bu xəbərdarlıq deyil, sadəcə demək istəyirəm ki, bu, qəbuledilməzdir. Müzakirələrimiz olub və mən bunu hazırda məqbul saymıram", - Tramp bildirib.
KİV-lər yazırlar ki, ABŞ administrasiyası son həftələr İsrailin İranın nüvə infrastrukturunu vura və ya dialoqa xələl gətirəcək başqa addımlar ata biləcəyindən narahatdır.
Bir sıra ABŞ rəsmiləri İsrailin Vaşinqtonun icazəsi olmadan zorakı addımlar atmağa hazır olmasından narahat olduqlarını bildiriblər.