İyunun 2-də hər iki ölkənin səfirlərinin və çoxsaylı yüksək səviyyəli qonaqların iştirakı ilə Qorisdə Fransanın fəxri konsulluğunun rəsmi açılışı olub.
Açılış mərasimində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan, ER ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan, Fransanın Ermənistandakı səfiri Olivye Dekotni, Parlamentin deputatı Vladimr Vardanyan, Fransanın Qorisdəki fəxri konsulu Karmen Apunts, Sünik vilayətinin qubernatoru Robert Qukasyan iştirak ediblər.