İyunun 2-3-də Qorisdə Ermənistan-Fransa Mərkəzləşdirilməmiş Əməkdaşlıq Konfransı keçiriləcək. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Syunik şəhərinin strateji əhəmiyyəti, Syunik regionu ilə Fransanın Auvergne-Rhône-Alpes regionu arasında hərtərəfli və nümunəvi əməkdaşlıq nəzərə alınaraq 5-ci konfransın keçirilmə yeri kimi Qoris şəhəri seçilib.
Konfransda iştirak etmək üçün Fransadan Ermənistana gələn qonaqlar arasında bələdiyyə başçıları, regional nümayəndə heyətləri, parlamentarilər, o cümlədən Fransa Milli Assambleyası və Senatının Ermənistan-Fransa dostluq qruplarının prezidentləri Loran Vokien və Gilber-Lük Dvinaz, Fransanın Auvern-Rone-Alpes regionunun prezidenti Fabris Pankuk da var.