Mayın 29-da Ermənistan Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakı qəbul edib.
Təhlükəsizlik Şurasının katibi dövlət katibinin köməkçisinin müavininin Ermənistana səfərini alqışlayıb və ikitərəfli münasibətlərin çoxşaxəli inkişafını qeyd edib.
Dövlət katibinin köməkçisinin müavini öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib və Amerika tərəfinin ikitərəfli münasibətlərin gələcək inkişafına dəstək verməyə hazır olduğunu vurğulayıb.
Tərəflər Ermənistan-ABŞ ikitərəfli gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə regional təhlükəsizlik vəziyyətinə də toxunulub. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində son inkişafları təqdim edib.