Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana rəsmi səfəri çərçivəsində Slovakiyanın iqtisadiyyat nazirinin müavini Vladimir Şimonyakın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 26-da ER Müdafiə Nazirliyində olub.
Vladimir Şimonyakı ER müdafiə nazirinin müavini Karen Brutyan qəbul edib. Vladimir Şimonyak və Karen Brutyanın təkbətək görüşündən sonra müzakirələr geniş tərkibdə davam etdirilib.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-Slovakiya əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib, razılıq əldə olunub.