Əgər Konstitusiya Məhkəməsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin Konstitusiyamıza uyğun gəlmədiyi barədə qərar çıxarsa, o zaman mən konstitusiya dəyişiklikləri təşəbbüsü ilə çıxış edəcəyəm. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Yerevan dialoqu” ikinci beynəlxalq forumunda çıxışı zamanı deyib.
“Sülh prosesini və sülh sazişini əldən vermək olmaz”, o qeyd edib.
Baş nazir davamlı sülhə nail olmaq üçün ictimaiyyəti bu dəyişikliyi etməyə inandırmağa çalışacaqlarını bildirib.
"Amma Konstitusiya Məhkəməsi sazişin Ermənistan Respublikasının Konstitusiyasına tam uyğun olduğuna qərar verərsə, bu halda sənədin ratifikasiya üçün Parlamentə göndərilməsinə heç bir maneə olmayacaq. Ratifikasiyadan sonra həmin sənəd Ermənistan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik olacaq", - Nikol Paşinyan qeyd edib.