Hindistanlı tacirlər son münaqişədə Pakistana dəstək verdiyi üçün Türkiyə və Azərbaycanı tam boykot elan ediblər. Hindistan Tacirləri Konfederasiyası (CAIT) bu ölkələrlə idxal və ixracı dərhal dayandırdığını elan edib.
Hindistanın Economic Times qəzeti xəbər verir ki, Hindistanın 24-dən çox bölmələrinin biznes liderləri bu məsələ ilə bağlı yekun qərar qəbul etmək üçün Dehlidə toplaşıblar.
İclasda Türkiyə və Azərbaycanla bütün ticarətin dayandırılması barədə kollektiv qərar qəbul edilib.
Hindistan şirkətlərinə də ciddi şəkildə Türkiyə və Azərbaycanda reklam və ya film çəkməmək tövsiyə olunub və hər hansı şirkət bu qadağaya əməl etməsə, CAIT həmin şirkəti də boykot edəcək.