Mən Ermənistanın ukraynalaşdırılması üçün heç bir səbəb görmürəm. Ermənistan bizim müttəfiqimizdir, dostumuzdur.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Ermənistan rus dilini, rus mədəniyyətini qanunsuz elan etmir, etnik rusları və sadəcə olaraq rus dilində danışmaq istəyənləri qanuni hüquqlarından məhrum etmir. Ermənistanda Ukraynadan fərqli olaraq bütün bunları qadağan edən qanunlar yoxdur. Biz bu qanunların siyahısını dostlarımıza çatdırmışıq.
Heç bir yerdə, heç bir ölkədə heç bir dilə (dövlət dilindən danışmırıq) qadağa yoxdur, əgər o dildə danışanlar sizin ölkənizin sakinləridirsə.
Ukraynada rus dili qadağandır. İsraildə ərəb dili qadağan deyil. Ərəb ölkələrində ivrit dili qadağan deyil. Ukrayna bu baxımdan müstəsna dövlətdir”.