Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Anita Anandı Kanadanın xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib.
"Biz Kanada ilə əlaqələrə böyük əhəmiyyət verdiyimiz üçün əməkdaşlığı daha da gücləndirmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik.
Bizim qarşılıqlı maraq doğuran bir çox sahələrdə möhkəm təməlimiz var", - Mirzoyan X-in mikrobloqunda yazıb.