Mayın 13-də Ermənistanın müdafiə naziri Suren Papikyan Berlində Almaniyanın federal müdafiə naziri Boris Pistorius ilə görüşüb. Bu barədə o, sosial şəbəkədəki səhifəsində məlumat verib.
"Görüş zamanı müdafiə sahəsində Ermənistan-Almaniya əməkdaşlığının prosesini və inkişaf perspektivlərini müzakirə etdik. Biz əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirdik və onu genişləndirməyə hazır olduğumuzu bildirdik. Biz regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də toxunduq", - o deyib.