ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkof BreitbartNews-a müsahibəsində Rusiya ilə Ukrayna arasında münaqişənin həlli üçün həll edilməli olan əsas məsələlərdən danışıb.
Donald Trampın nümayəndəsinin sözlərinə görə, bu məsələlərə Rusiyanın nəzarətinə keçən ərazilər, Zaporojye atom elektrik stansiyası, Ukraynanın su ehtiyatlarına çıxışı və okeana çıxışı daxildir. Amerika rəsmisi qeyd edib ki, bütün tərəflər danışıqlar masası arxasına gətirilərsə, onların həlli çətin olmayacaq.
"Onlar bir-biri ilə ünsiyyət qurmağa başlayacaqlar, biz onların arasında olan məsələlərin əhatəsini daraldacağıq, sonra hər bir məsələ üçün kompromislər və yaradıcı həll yolları tapacağıq", - Vitkof bildirib.
O, münaqişəyə son qoymaq üçün böyük imkanın olduğuna əmin olduğunu bildirib.