Mayın 13-də ER müdafiə naziri Suren Papikyan Berlində BMT-nin Sülhməramlı nazirlər toplantısının rəsmi açılış mərasimində iştirak edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı iştirakçı ölkələrin nümayəndələri BMT-nin sülhməramlı fəaliyyətinin cari çağırışlarını və onların aradan qaldırılması üçün planlaşdırılan sülhməramlı prosesdə islahatların prioritetlərini müzakirə edəcəklər.
Nazirlər görüşünün iştirakçıları BMT çərçivəsində beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsinə dair öhdəliklərini təqdim edəcəklər.