Baş nazirin müavini Mher Qriqoryan Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun rəhbəri Gert Yan Kupmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər blokadanın açılması və regionda əlaqələrin artırılması ilə bağlı məsələləri, xüsusilə Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” təşəbbüsünün həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər Avropa İttifaqı, Cənubi Qafqaz və Asiya regionları arasında iqtisadi, nəqliyyat, enerji və kabel əlaqələrinin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
2024-cü ildə Brüsseldə açıqlanan Dayanıqlıq və İnkişaf Planı çərçivəsində 2025-2027-ci illər üçün nəzərdə tutulan tədbirlərə də toxundular.