İranın xarici işlər naziri Abbas Əraqçi Hindistana səfər edib və burada iki ölkə arasında iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak edib.
O hindistanlı həmkarı Subrahmanyam Caishankar ilə görüşüb. İki nazirin iştirakı ilə sənədlər imzalandı.
Əraqçinin Hindistan prezidenti və Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşü də gündəmdədir.
İranın xarici işlər naziri qeyd edib ki, regional məsələlər, o cümlədən Hindistan və Pakistan arasında artan gərginlik də müzakirə olunacaq.