Hindistanla sərhədə yaxın Lahorda Uolton hava limanı yaxınlığında partlayış səsləri eşidilib. Samaa TV-nin məlumatına görə, Hindistana məxsus pilotsuz uçan aparat məhv edilib.
Yeni Dehli İslamabadı mübahisəli ərazini yandırmaqda ittiham edir. Polis mənbələri hava limanı yaxınlığında məhv edilən pilotsuz uçan aparatın kəşfiyyat xarakterli dron olduğunu bildirib.
Hindistan da öz növbəsində Pakistanı mübahisəli Cammu və Kəşmir ərazisini atəşə tutmaqda ittiham edib. Hindistan ordusu proporsional zərbə endirdiyini açıqlayıb.
Həlak olanlar barədə hələlik məlumat yoxdur.