Baş nazir Nikol Paşinyan Moskvada Qələbə Günü paradında iştirak edəcəyini təsdiqləyib. Baş nazir bu barədə jurnalistlərə müsahibəsində bildirib.
“Bəli, Moskvaya gedəcəm”,- o deyib.
Xatırladaq ki, martın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Rusiya prezidentinin dəvətini qəbul etdiyini və mayın 9-da Moskvada keçiriləcək bayram tədbirlərində iştirak edəcəyini təsdiqləyib.