Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycandakı fəaliyyətini dayandırıb.
Bundan əvvəl Azərbaycan prezidentinin administrasiyası hökumətə və Xarici İşlər Nazirliyinə beynəlxalq təşkilatların ofislərinin bağlanması üçün lazımi tədbirlərin görülməsi ilə bağlı sərəncam göndərib.
Onların arasında BMT-nin dörd ofisi var idi: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA), Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF).