“Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası Finlandiyanın Ermənistan Respublikasındakı səfiri Kristi Narinenlə görüşüb.
Bu barədə Aİ-nin X Monitorinq Missiyasının mikrobloqunda deyilir.
“Finlandiyanın Ermənistan Respublikasındakı səfiri Kristi Narineni qəbul etmək və ona monitorinq missiyasının vəzifələri, fəaliyyəti və son inkişafları ilə qısaca tanış olmaq şərəfdir”, - missiyanın postunda deyilir.
Paylaşımında həmçinin vurğulanıb ki, Finlandiya Aİ-nin müşahidə missiyasının fəal iştirakçısıdır və 7 finlandiyalı ekspert Ermənistana göndərilib.