Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verib.
“Erməni irsini tanımaqla, özünü humanitar işlərə həsr etməklə, 2016-cı ildə Ermənistana səfəri ilə bağlı silinməz xatirələr qoyub, bir çox erməninin qəlbini birləşdirən Roma Papası Fransiskin vəfatı ilə bağlı ağlayan bütün insanlara qoşuluram.
Qoy Papa Fransiskin irsi onun son Pasxa mesajında qeyd olunduğu kimi bizi daha dinc dünyaya aparsın”,- Mirzoyan X səhifəsində yazıb.