Syunikə səfəri çərçivəsində Böyük Britaniya səfiri Con Gallagher regional təhlükəsizlik vəziyyəti ilə bağlı müşahidələrini müzakirə etmək üçün Qorisdə Aİ-nin Monitorinq Missiyası (EUMA) ilə görüşüb.
Bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
“Aİ-nin müşahidə qrupu ilə çox faydalı görüş keçirdim. Onlar mandatlarını necə həyata keçirdiklərini və sərhədə yaxın icmalarda etimadı necə aşıladıqlarını izah etdilər. Syunik əhalisinin dinc şəraitdə yaşamaq və işləmək hüququ var", - səfir bildirib.