Martın 19-da İstanbul meri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə hökumət əleyhinə etirazlar davam edir.
İstanbulda vətəndaşların İmamoğlu və digər həbsdə olan müxalifət rəsmilərinin azad edilməsini tələb etdiyi kütləvi nümayişlər keçirilir.
Cümhuriyyət Xalq Partiyasının başqanı Özgür Özəl İmamoğlu azadlığa buraxılana və Türkiyə prezidenti olana qədər dayanmayacaqlarını açıqlayıb.
Beynəlxalq ictimaiyyət İmamoğlunun həbsini pisləyib və bunu antidemokratik addım kimi qiymətləndirib.