Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşü başlayıb.
Danışıqlarda Ermənistan tərəfini xarici işlər nazirinin müavini Vahan Kostanyan, Gürcüstan tərəfini Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, Azərbaycan tərəfini isə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov təmsil edir.