Aprelin 17-də Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə işgüzar səfəri çərçivəsində NATO baş katibinin şəxsi ofisinin rəhbəri Cefri van Liven ilə görüşüb.
Tərəflər Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
Bu kontekstdə Qriqoryan ER hökumətinin atdığı addımları təqdim edib, C.Van Liven isə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb və müqavilənin imzalanmasına yönəlmiş səyləri vurğulayıb.