Biz sizin sülh təşəbbüslərini, sülh gündəmini, Avropa gündəmini çox yüksək qiymətləndiririk. Mən çox şadam ki, bu gün Ermənistan və Azərbaycan bu regionda belə bir vəziyyətdədirlər, onlar ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində mühüm addım atıblar. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı Sloveniyanın baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fayon deyib.
“Bu, təkcə bütövlükdə region üçün müsbət irəliləyişlərə gətirib çıxarmayacaq, həm də hər iki tərəfin sülh sazişi əldə etməsi, hər iki tərəfin sülh sazişini imzalaması üçün çox unikal fürsətdir.
Mən Ermənistanın bu sülh təşəbbüslərində gördüyü böyük işi yüksək qiymətləndirirəm, çünki sülh regionda hər bir tərəf üçün faydalıdır. Biz layihə mətninin yekunlaşdırılması və sülh sazişinin imzalanmasını təsdiqləmək üçün atılan addımlarını alqışlayırıq.
“Dediyiniz kimi, ümid edək ki, imzalanma tezliklə baş tutacaq və ümid edək ki, bununla da bu regionda gərginlik azalacaq”, - Fayon Mirzoyana müraciət edərək deyib.