9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasının hər hansı şəkildə pozulmasını nəzərdə tutan heç nə yoxdur. Ölkəmizdə üçüncü qüvvənin mövcudluğunu ifadə edən heç nə yoxdur. Orada aydın qarşılıqlılıq prinsipi təsbit olunub. Bunu baş nazir Nikol Paşinyan Parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Paşinyan veriləcək yola üçüncü tərəfin nəzarəti götürməsi ilə bağlı şayiələrə belə aydınlıq gətirib: "Nəyə nəzarət və hara nəzarət - bu suala cavab almaq çox vacibdir. Biz bu suala cavab verdik və başa düşdüyümüz kimi, bu, Moskvadan peyk rabitəsi, peyk alətləri vasitəsilə həyata keçirilə bilən monitorinq funksiyası ola biləcəyini söylədik".
Paşinyan bir daha təsdiqlədi ki, Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası heç bir şübhə doğurmur və ola bilməz, onlar şübhə altına alına bilməz.
“Ermənistanın belə bir öhdəlik götürdüyünü deyənlər, sadəcə olaraq, həqiqəti demirlər”, - deyə Paşinyan qeyd edib.