Aprelin 9-10-da Ermənistan Respublikası Silahlı Qüvvələri və İran İslam Respublikası Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri birgə hərbi təlimlər keçirəcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimləri Ermənistan ərazisində ER Silahlı Qüvvələri bölməsi, İran ərazisində isə İİR Silahlı Qüvvələri bölməsində keçirəcək.
Təlim Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə şərti terrorçu qrupların hücumlarının zərərsizləşdirilməsi üzrə tədbirləri əhatə edir.