Sərhədlərin delimitasiyası və demarkasiyası gündəmimizdəki ən həssas mövzulardan biridir. Ümid edirik ki, qonşumuzla danışıqlar çərçivəsində müsbət dinamika əldə edəcəyik. Bakıdan gələn ritorikada bizim üçün xüsusilə təəccüblü mesajlar yoxdur. Hər dəfə təhlükəli, hədələyici narativlər göndərirlər. Bunu xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 4-cü sessiyasında deyib.
“Əsirlərimiz orada qalmaqda davam edir ki, bu da istənilən normal hüquqi, məhkəmə baxımından Bakı üçün biabırçı prosesdir.
Biz xahiş edirik ki, bütün tərəfdaşlarımız sülh üçün göstərdiyimiz səylərdə iştirak etsinlər. Biz Aİ-yə minnətdarıq, lakin Aİ-nin vasitəçilik formatı hazırda işləmir. Biz yeni prezidentin iştirakı barədə danışmışıq və onun tezliklə Ermənistan və Azərbaycana səfərini, üzv dövlətlər baxımından onların da iştirakını gözləyirik ki, biz bu prosesdə irəliləyişə nail ola bilək və sülhü bərqərar edək", - o deyib.
Xarici işlər nazirinin müavininin sözlərinə görə, eyni yanaşma Türkiyə ilə bağlı da aparılır və Ermənistan tərəfi münasibətlərin və siyasi dialoqun normallaşması üçün səylərini davam etdirir.