Amerika tərəfi Səudiyyə Ərəbistanında aparılan danışıqları şərh edərək qeyd edib ki, tərəflər ümumi geosiyasi maraq doğuran məsələlərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Vaşinqton və Moskva arasında məsləhətləşmə mexanizmi də yaradılacaq.
Tərəflər, həmçinin, iqtisadi və investisiya sektorlarında əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Ər-Riyadda keçirilən danışıqlar 4.5 saat davam edib. Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təmsil ediblər. ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz və Yaxın Şərq üzrə xüsusi elçi Stiven Uitkof daxildir.
Görüşün əsas mövzusu Rusiya-Amerika münasibətləri, eləcə də Ukrayna nizamlanması məsələsi olub.