Suren Papikyan Hindistan Hərbi Hava Qüvvələri bazasında “Aero India” sərgisinin açılış mərasimində iştirak edib.
Hindistana işgüzar səfəri çərçivəsində fevralın 10-da ER müdafiə naziri Suren Papikyan Hindistan Hərbi Hava Qüvvələrinin Yelahanka aviabazasında “Aero India” sərgisinin açılış mərasimində iştirak edib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri Suren Papikyan sərginin pavilyonlarını gəzib, eksponatlarla tanış olub.